|
Ey ruhumun yiyəsi,
ey uca gerçək,
Var etdiyi hər şeydə
bulunan TƏK.
Duyduqca könlümdə səni
yaxına gəldim,
Dərgahına gəldim.
Gəldim ki, ürəyim yandı ahımdan,
Olmuş sənə şəkkim, ya rəbb,
keç günahımdan.
Hər ayna könüldə
hüsnün işıqdı,
əks etməz o ayna ki səni,
çox bulaşıqdı.
Gerçəksən
hər an duyulan və qaçılmaz,
Sirsən,
çözdükcə açılmaz.
Sənsən bunca yaxın,
yaxın olduqca uzaq
Bunu ariflər bilir ancaq.
Sənsən göylərə, həm
yerlərə rəhbər,
Allahu əkbər, Allahu əkbər!!!
Azdım yolumu, kafirə inandım,
səni dandım.
Ölmüşdüm, təzədən mən mənə gəldim,
İmana, dinə gəldim.
Adilsən, qovma qapından, demə: get
Əfv et məni, əfv et məni, ya rəbb,
Məni əfv et!
|